Favoritlərə əlavə et
Xoş gəlmisiniz

Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmış və çox şərəfli tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikası Mərkəzi dövlət tarix arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 (8) noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. Tədris ili 1 noyabrdan 1 aprelə kimi müddətdə (qış mövsümü ilə əlaqədar olaraq Həştərxana dəniz yolunun bağlı olması, buxarla işləyən və yelkənli donanmanın Bakı portunda qışlaması dövrü) təşkil edilirdi. Dənizçilik siniflərini hər il 25-30 nəfər gəmi sürücüsü və 15-18 nəfər şpiker bitirirdi.

1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.

Əksər Azərbaycan dənizçiləri təhsilini bu siniflərdə almışlar.

1 iyul 1902-ci ildə Bakı dənizçilik sinifləri əsasında üçillik Bakı uzaq səfərlər məktəbi yaradıldı və eyni zamanda məktəbin tərkibində hazırlıq kursları təşkil edildi.

1 oktyabr 1921-ci ildə isə Bakı su nəqliyyatı texnikumunda istehsalatdan ayrılmamaqla axşam şöbəsi və istehsalatdan ayrılmaqla əyani şöbə açıldı.

Dəniz nəqliyyatı mərkəzi idarəsinin və Yollar xidməti üzrə Xalq Komissarlığının sərəncamı ilə 1 oktyabr 1924-cü ildə Bakı su nəqliyyatı texnikumu Bakı su yolları texnikumu adlandırılaraq, Xəzər Dəniz Gəmiçiliyinin tabeliyinə verildi.

1925-ci ildə ilk dəfə olaraq, texnikumun tərkibində Azərbaycan bölməsi açıldı. 1930-cu ilin martında hökumətin sənaye texnikumlarının sahələr üzrə yenidən təşkili haqqında qərarına uyğun olaraq 1 sentyabr 1930-cu ildə Bakı su yolları texnikumu Bakı dənizçilik texnikumu, 1944-cü ilin martından isə Bakı dənizçilik texnikumu Bakı dəniz yolları məktəbi adlandırıldı.

Ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu, Azərbaycan təhsilinin yeni bir istiqaməti olaraq respublikamızın ticarət gəmilərində işləmək üçün ixtisaslı dənizçi kadrlar hazırlayan yeganə ali məktəb oldu.

Xəbərlər

Təlim kurslarımız
AZ1000, Azərbaycan, Bakı,
Zərifə Əliyeva küç. 18
Tel.:    (+99412) 493 75 21
Faks:  (+99412) 493 75 21
©2013 Azərbaycan Dövlət Dəniz Akademiyası ANA SƏHİFƏ   |   SAYTIN HƏRİTƏSİ   |   XƏBƏRLƏR   |   ƏLAQƏ                      site by R.A.
Ana səhifə Saytın xəritəsi Əks əlaqə Azərbaycan dilində По-русски In English