- ELEKTRON KİTABXANA -

  Kitabxana haqqında məlumat

Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris, elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən mədəni, mənəvi və intelektual ünsiyyət mərkəzi kimi kitabxana-Azərbaycan Respublikasının müvafiq sahəyə aid qanunvericilik normalarına uyğun hüquqi normativ aktlara, ali təhsil idarə orqanlarının və ADDA-nın daxilində qəbul edilən qərarlara, informasiya resurs mərkəzinin Əsasnaməsi və bu Qaydalara müvafiq fəaliyyət göstərir. 

Əsası 1893-cü ildə qoyulmuş Azərbaycan Dövlət Dəniz Akademiyasının kitabxanası zəngin fonda malikdir. Burada nəşr tarixi həmin ildən müasir dövrümüzədək gəlib çıxan azərbaycan, rus, dillərində 54 minədək çap məhsulu var. Onların arasında yerli və xarici ölkələrin nəşriyyatları tərəfindən nəşr olunmuş ədəbiyatlar,  nadir və qədim  kitablar, azərbaycan və rus dilində dərsliklər, bədii ədəbiyyat, broşuralar, informasiya xarakterli nəşrlər, elmi jurnallar, patent ədəbiyyatı, qəzet və jurnallar, mühazirə mətnləri, akademiyada tədris olunan bütün ixtisaslara aid fənlər üzrə fənn proqramları, metodik göstərişlər,  elektron daşıyıcılar, ensiklopediyalar, lüğətlər, dissertasiyalar, avtoreferatlar, BDT-nin materialları və digər materiallar toplanıb.

1881-ci ildə Azərbaycanda dənizçi kadrların hazırlanmasına başlanılmış və çox şərəfli tarixi inkişaf yolu keçmişdir. Əvvəl dənizçi sinifləri, mexanika kursları və sonralar  Bakı Dəniz Yolları məktəbi kimi fəaliyyət göstərən dənizçilik məktəbinin zəngin kitabxanası var idi.

Ulu Öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Bakı Dəniz yolları məktəbinin bazasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 iyul 1996-cı il 91 saylı qərarı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının yaranması ilə kitabxananın qarşısında duran başlıca məsələlərdən biri öz strukturunu dəyişmək oldu. Hazırda   ADDA-nın kitabxanası  Azərbaycanda ali məktəb kitabxanaları sisteminə daxildir  və respublikamızda dənizçilik sahəsində yüksək ixtisaslı kadrlar hazırlanmasına, təlim-tərbiyə prosesinə və elmi-tədqiqat işinin ədəbiyyat və informasiya ilə təmin edilməsinə kömək edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk dəfə Ulu Öndər Heydər Əliyevin imzaladığı 12 mart 1999-cu il Fərmanına əsasən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra müasir dövrlə səsləşən, kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə başlanmışdır.

Hal-hazırda kitabxanada  elektron kitabxana yaradılması istiqamətində işlər aparılır. 

Aşağıdakı saytlarda Dəniz İxtisasları üçün pulsuz elektron vəsaitlərdən də istifadə oluna bilər: 

http://www.ukrcrewing.com.ua/library

http://sealib.com.ua/

http://seatracker.ru/viewtopic.php?t=2071

http://www.bookfi.info/g/Seaman%20Owen

2016-cı ildə kitabxana  müasir standartlara uygun əsaslı təmir edilmiş, yeni, rahat mebel avadanlıqları, kompüter texnologiyaları ilə təmin edilmişdir.

İstifadəyə verildikdən sonra  sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə yönəltmişdir. Oxuculara verilən ədəbiy­yatın uçotu təşkil edilir, fəal və qeyri-fəal istifadə edilən nəşrlər müəyyənləşdirilir, istifadəçilərin informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi təmin edilir. Hazırda kitabxananın fondunda 53526  kitab oxucuların istifadəsindədir. Kitabxana mütəmadi olaraq yeni-yeni informasiyaların toplanmasını təmin etmiş, müxtəlif qəzet və  jurnallara və abunə yazılmışdır.

2016-cı ilin fevral ayından isə S.O.Makarov adına Dövlət Dəniz və Çay Yolları Universiteti kitabxanaya  elektron kitabxanasına rəsmi olaraq pulsuz girişə icazə verib.  

Kitabxana tədris planları, proqramları və elmi-tədqiqat işlərinin mövzuları ilə tanış olur,akademiyanın elmi şurası və kafedraları ilə sıx əlaqə saxlayır.

 Kitabxanada fondun yerləşdirilməsi ayrı-ayrı zallarda kitabxana qaydası və UOT üzrə düzülmüşdür:

  1. Rus dilində olan tədris ədəbiyyatı fondu;
  2. Azərbaycan dilində olan əsas tədris ədəbiyyatı fondu;
  3. İctimai-siyasi ədəbiyyat fondu;
  4. Bədii ədəbiyyat fondu;
  5. Nadir kitablar fondu;
  6. Xarici ədəbiyyat fondu;
  7. Elmi əsərlər fondu
  8. Dövrü nəşrlər.

 Kitabxananın strukturu aşagıdakı bölmələrdən ibarətdir:

  1.  Kitabxana fondu və uçotu; 

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

ADDA-nın kitabxanası  zəngin fonda malikdir. Fondda Azərbaycan, rus, ingilis dillərində  və nadir  çap məhsulları saxlanılır. İşi: fondun qorunmasına nəzarət, ədəbiyyatın qəbulu, uçotu, ona ştamp vurmaq, yararsız ədəbiyyatın həmçinin fonddan çıxarılması, fondun hərəkətinin nəticələrini aşkar etmək və onun yoxlanılması.

 2. Komplektləşdirmə; 

  • Kitabxana fondunu Azərbaycan və xarici dillərdə zəruri çap məhsulları ilə komplektləşdirmək;
  • Kitabxanaya daxil olan bütün ədəbiyyatın dəqiq uçotunu aparmaq;
  • Kitabxana fondundan köhnəlmiş, öz aktuallığını itirmiş və istifadəyə yararsız ədəbiyyatı silmək;
  • Akademiya üzrə illik abunəni təşkil etmək.

Daxil olan ədəbiyyat kitabxananın bütün fondları üzrə qruplaşdırılır, inventar kitabında qeydə alınır, tədris ədəbiyyatı üçün uçot kartoçkası açılır. Lazımi sənədlər mütəmadi olaraq  mühasibatlığa təqdim edilir.

3. Kitab işləmə və kataloqlaşdırma;

Kataloqlaşdırma və kitabişləmə bölməsi kitabxanaya daxil olan bütün ədəbiyyatı komplektləşmə bölməsindən alır. 

Bunlar Azərbaycan və rus dillərində olan dərsliklər, elmi əsərlər, bədii ədəbiyyat, dissertasiyalardır. Şöbəyə daxil olan ədəbiyyat təsvir olunur və texniki cəhətdən işlənilir. İşlənilmiş bütün ədəbiyyat həm elektron, həm də ənənəvi alifba kataloquna daxil edilir. 

  1. Biblioqrafik təsvir;

     Kitabın kartoçkaya kitabxana-biblioqrafiya qaydası ilə işlənməsi.

  1. Əlifba və sistemli kataloq;

Alınan ədəbiyyatı təsnifləşdirmək;

Oxucu kontingentinin SK-dan mövzu üzrə sorğularına cavab vermək;

Akademiyanın  oxucu kontingentinə UOT üzrə əlavə məlumat vermək;

Sistemli kataloqun tərtibini davam etdirmək;

6. Kartoteka;

Fonda daxil olan ədəbiyyatın qeyd kartoçkaların müəyyən qrafalarında qeydə alınması; kartoçkaların əlifba və sistemli şəkildə düzülməsi;

  1.  Qiraət zalı; 

Oxucuların informasiya tələbatına və sorğusuna uyğun şəkildə xidmət göstərmək, onları lazımi ədəbiyyatla təmin etmək. 

  1. Kompyuter zalı. 

İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq; 

Məqsədi:

  1. Azərbaycan Respublikası Konstitusiyasını, “Azərbaycan Respublikasının Təhsil haqqıında” Qanunu, “Kitabxana işi haqqında” Qanunu, dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, ADDA-nın əmr və sərəncamlarını və həmçinin, Kitabxananın Əsasnaməsini rəhbər tutaraq fəaliyyət göstərmək;
  2. Bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, texniki heyətə və universitetin digər kateqoriyadan olan oxucularının informasiya tələbatına və sorğusuna uyğun şəkildə kitabxana, məlumat-biblioqrafiya xidməti göstərmək;
  3. Akademiyanın profilinə və oxucuların informasiya tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı informasiya texnologiyasına keçmək, məlumat-biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  4. İnformasiya mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-soraq aparatından və yeni informasiya texnologiyasından istifadə etmək bacarığını aşılamaq;
  5. Akademiyanın kafedraları və ictimai təşkilatlarla kitabxananın fəaliyyətini əlaqələndirmək;
  6. Kitabxana işlərində müasir texniki vasitələrdən istifadə etməklə, məlumat-biblioqrafiya və informasiya prosesini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompyüterləşdirməklə kitabxana xidmətinin formalarını genişləndirmək və kitabxananın maddi-texniki bazasını möhkəmləndirmək;
  7. Oxuculara vətənpərvərlik hissləri tərbiyə etmək, kitabxanaları humanistləşdirmək, ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, fondlarda toplanmış elmi, mədəni, mənəvi irsi təbliğ etmək və açıqlamaq, oxucuların informasiya tələbatını ədəbiyyatla təmin etmək;
  8. Ali məktəbin profilinə və oxucularınin formasiya fəaliyyətinə uyğun kitabxana fondunu formalaşdırmaq ənənəvi çap məhsulu ilə yanaşı yeni informasiya texnologiyalarına keçmək, məlumat biblioqrafiya aparatını yaratmaq və təkmilləşdirmək;
  9. Kitabxanalararası abonement və beynəlxalq abonement vasitəsilə kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə etmək;
  10. Kitabxana fondunu müvafiq qaydada tədris etmək və onların uçotu, qorunması, bərpası və sanitariya-gigyena normalarına uyğun mühafizəsini təmin etmək. 

Hüquqları:

  1. Kitabxananı informasiya işi ilə əlaqədar elmi konfranslarda, serminarlarda, yığıncaqlarda təmsil etmək;
  2. Kitabxananın saxlanması xərcləri ali məktəbin ümumi smetasında nəzərə alınmalıdır;
  3. Ali məktəbin kitabxanasının yerləşdiyi yer toxunulmazdır;
  4. Kitabxananın müdiri və işçiləri mövcud qanunvericiliyə uyğun olaraq, kitabxana fondunun mühafizəsi üçün məsuliyyət daşıyır.

 Vəzifələri:

Kitabxananın  əsas vəzifəsi oxucuların mədəniyyət  təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmaq, oxuculara kitabla xidmət işini mütəşəkkil təşkil etmək, onları günün yenilikləri ilə tanış etməkdir. Bununla yanaşı kitabxananın  vəzifələrindən biri də ölkəmizdə, cəmiyyətdə və dövlətimizin həyatında baş verən yeniliklərlə həmçinin beynəlxalq aləmdə baş verən hadisələr və dəyişikliklərlə oxucuları tanış etmək və məlumatlandırmaqdan ibarətdir.

Oxucuların sorğularını tam və hərtərəfli ödəmək üçün kitabxanada kitabxanalar arası abonomentdən (KAA), internetdən istifadə edilir.     Bundan başqa kitabxana  fondunda qədim və nadir nüsxələr sayıla biləcək kitablar və xarici ölkələrdən gətirilmiş ədəbiyyat da vardır.

Kitabxana  vaxtaşırı yeni alınmış kitablar haqqında və müxtəlif mövzular üzrə tövsiyə siyahıları hazırlayıb kafedraları məlumatlandırır. 

 Kitabxananın  əlaqələri:
 M.F.Axundov adına Milli Kitabxana;

 Milli Elmlər Akademiyasının əsas kitabxanası;

Azərbaycan Texniki Universitetinin kitabxanası;

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kitabxanası;

Milli Aviasiya Akademiyasının kitabxanası;

S.O.Makarov adına Dövlət Dəniz və Çay Yolları Universitetinin kitabxanası