- ELMİ-TƏDQIQAT VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ -

Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Dövlət Dəniz Akademiyasının struktur bölməsidir. Şöbə akademiyanın fakültələri, kafedraları, tədqiqat laboratoriyaları, mərkəzləri və digər struktur bölmələri ilə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi, Akademiyanın Nizamnaməsi, Elmi Şuranın qərarları və rektorun əmrlərinə uyğun olaraq fəaliyyət göstərir.

Şöbənin əsas funksiyaları:  Akademiyada elmi-tədqiqat işlərinin planlaşdırılması, əldə edilmiş elmi-tədqiqat nəticələrinin praktik tətbiqinin təşkili, professor-müəllim heyətinin tədqiqat materiallarının, elmi konfransların və simpoziumların materiallarının çapa hazırlanması, Azərbaycan Respublikasının qanunvericiliyinə, Akademiyanın əsasnaməsinə və özünün fəaliyyət xüsusiyyyətlərinə uyğun olaraq, xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələrin yaradılması, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələrin və beynəlxalq səviyyəli elm və təhsil layihələrinin hazırlanmasında iştirak, bağlanan beynəlxalq müqavilələr əsasında müəllimlərin, tələbələrin, magistrant və doktorantların mübadiləsi, səlahiyyətinə aid olan məsələlər üzrə beynəlxalq tədbirlərdə, konfranslarda, simpoziumlarda, görüşlərdə Azərbaycan Dövlət Dəniz Akademiyasını təmsil etmək, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin əcnəbi tələbələr haqqında məlumatlandırılması, Akademiyaya daxil olan əcnəbi tələbələrin müvəqqəti yaşama sənədlərinin toplanaraq miqrasiya xidmətinə təhvil verilməsi.

Şöbənin fəaliyyət istiqamətləri:

  • Akademiyanın kafedraları və tədqiqat laboratoriyalarında tədqiqat və elmi-tədqiqat işlərinin planlaşdırılmasında və müzakirə olunmasında iştirak;
  • Kafedralar və elmi laboratoriyalar tərəfindən aparılmış elmi-tədqiqat işlərinin hesabatlarının yoxlanılması və yekun hesabatların AMEA-ya təqdim edilməsi;
  • Kafedra və elmi laboratoriyaların perspektiv elmi-tədqiqat planlarının toplanması, təhlili və təsdiq üçün Elmi Şuraya təqdim edilməsi;
  • Akademiyanın professor-müəllim heyətinin nəşr olunmuş əsərlərinin qeydiyyatı;
  • Doktorant, dissertant və magistrantlar üçün elmi seminar və mühazirələrin təşkili;
  • Kafedralarda dissertasiyaların və elmi işlərin müzakirələrində iştirak;
  • Digər elm və təhsil müəssisələri də daxil olmaqla müzakirə və müdafiə üçün təqdim olunan dissertasiyaların ekspertizasının təşkili;
  • Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətində iştirak;
  • TEC üzvləri üçün tədqiqat işlərinin aparılması üzrə metodik məsləhətləşmələrin təşkili.
  • Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
  • Beynəlxalq təhsil proqramlarında ADDA-nın iştirakı;
  • Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq;
  • ADDA-nın tələbə, magistrant və doktorantlarının xarici ölkə universitetlərində mobilliyinin təşkili;
  • Əcnəbi vətəndaşların ADDA-da təhsilinin təşkili;
  • Akademiyada keçirilən konfranslarda, seminarlarda, simpoziumlarda xarici alimlərin iştirakının təşkili, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda və seminarlarda ADDA-nın əməkdaşlarının iştirakının təmin edilməsi.

 

  Tel:  (+99412) 

Mob: 

E-mail: science-asma@rambler.ru

i.relations.asma@gmail.com