- ELANLAR -
1361 Arxiv
Doktoranturaya sənəd qəbulu elan edilir.
2024.04.09 02:00

Azərbaycan Dövlət Dəniz Akademiyası 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq  elektron müraciət  etməlidirlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar.

Xarici dil imtahanında keçid balını toplayan şəxslər sentyabr ayında keçirilən Fəlsəfə fənnindən imtahana buraxılırlar.

Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Sənəd qəbulu müddəti: 16 aprel saat 12:00 -15 may saat 23:59

Təlimat         : Təlimat doktorantura.pdf

Plan Yerləri    : plan yerləri.pdf