“Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsinin Elmi Şurası
“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-ya ümumi rəhbərlik müvafiq qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 noyabr 1997-ci il tarixli 792 nömrəli “Ali Təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş 06 dekabr 2023-cü il tarixli 13-3/2-4641/2023 nömrəli məktuba əsasən Elmi Şuranın aşağıdakı tərkibi təsdiq edilmişdir.
Sədr: |
| Rektor |
Sədr müavini: | Vüqar Böyükağa oğlu Sadıqov | Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor |
Üzvlər: | Almaz Yaqub qızı İmanova | Elmi katib |
| Elnur Oruc oğlu Abbasov | “Gəmi sürücülüyü” fakültəsinin dekanı |
| Rafiq Xəlil oğlu Əsgərov | “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı |
| Emil Məmmədniyaz oğlu Manafov | Təlim Tədris Mərkəzinin direktoru |
| Əsədullah Mahmud oğlu Süleymanov | Tədris qeydiyyat şöbəsinin müdiri |
| Vaqif Hajan oğlu Həsənov | "Tətbiqi mexanika" kafedrasının müdiri |
| Akif Şəmil oğlu İsmayılov | “Gəmi energetik qurğuları” kafedrasının müdiri |
| Elşən Fəxrəddin oğlu Sultanov | “Gəmi elektroavtomatikası” kafedrasının müdiri |
| Həzi Nəbi oğlu Nəbiyev | “Dəniz naviqasiyası” kafedrasının müdiri |
| İsaq Abuzər oğlu Xankişiyev | “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri |
| İsmayıl Hüseyn oğlu Dünyamalıyev | Həmkarlar təşkilatının sədri |
| Laçın Vasif oğlu Babayev | Tələbə Elmi Cəmiyyətinin sədri |
| Taleh Tahir oğlu Məmmədov | Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri, 051A3 qrup tələbəsi |
Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
Akademiyanın Elmi Şurası:
Elmi Şura təsdiqlənmiş iş planı əsasında fəaliyyət göstərir. Şuranın iclasları ayda bir dəfədən az olmamaqla keçirilir. Elmi Şuranın iş planı Elmi Şuranın iclasında müzakirə olunaraq qəbul edilir və rektor tərəfindən təsdiq edilir.
Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor, dosent və fəxri adların verilməsinə təqdimat isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50%-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
Elmi Şuranın qərarları yalnız ADDA-nın rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ADDA-nın Elmi Surasının qərarı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ləğv oluna bilər.