- XARİCDƏ TƏHSİL VƏ İXTİSASARTIRMA -

2017-ci il Təqaüd Proqramı çərçivəsində ADDA-nın iki tələbəsi İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) magistr təhsili alır.

Dənizçilik  sahəsində beynəlxalq təcrübəyə malik olan gənc yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və onların Gəmiçiliyin inkişafında iştirak etmələrinə dəstək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar  Cəmiyyəti  məqsədyönlü fəaliyyətlərini davam etdirməkdədir.

İstedadlı və perspektivli gənclərin xarici dövlətlərin dənizçilik sahəsində aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə 2016-cı ildə Gəmiçilikdə Təqaüd Proqramı təsis edilmişdir. Proqram çərçivəsində hər il 2 gəncin Gəmiçiliyin vəsaiti hesabına xarici ölkədə təhsil almasına imkan yaradılacaqdır.

 Namizədlərə tələblər 

  • Bakalavr dərəcəsinə malik olmalıdırlar.
  • Seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan xarici dili bilməlidirlər.
  • Təhsilini başa vurduqdan sonra Azərbaycan Respu-blikasına qayıdaraq 5 il müddətində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işləməlidirlər 

TƏQAUD PROQRAMINDA İŞTİRAK ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR 

  1. Ali təhsil müəssisənə qəbul sənədi
  2. Dil sertifikatı
  3. TQDK balınıza dair arayış
  4. Ümumvətəndaş pasportu
  5. Diplom və əlavəsi
  6. Məzun olduğunuza dair arayış
  7. Hazırda təhsil aldığınıza dair arayış
  8. Tövsiyyə məktubları
  9. Hərbi bilet və ya hərbi möhlət hüququ haqqında sənəd
  10. Sağlamlıq haqıında arayış
  11. CV və tərcümeyi hal