- ELANLAR -
1059 Arxiv
Açıq qapı günü
2024.03.18 09:46

ADDA ilə tanış olmaq istəyən abituriyentlərə “Açıq qapı” günü fürsəti yaradılacaq

Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olmağı planlaşdıran və ya arzulayan abituriyentlər, eləcə də onların valideynləri üçün “Açıq qapı” günü keçiriləcək.

Akademiya, professor və müəllim heyəti, fakültələr, ixtisaslar, trenajor otaqları və auditoriyalarla tanışlıq xarakteri daşıyan “Açıq qapı” günündə abituriyentlərə tədris prosesi, güzəştlər,  tələbə həyatı və s. barədə də ətraflı məlumatlar veriləcək.

İlk “Açıq qapı” günü 29 mart saat 10:00-da ADDA-nın 1-ci korpusunda təşkil ediləcək.