AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ – TƏLİM TƏDRİS MƏRKƏZİ

Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibinə daxil olmuşdur.
Səlyan şosesi 23 ünvanda yerləşən Təlim-Tədris Mərkəzinin ikimərtəbəli inzibati binası müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda Kazım Kazımzadə küçəsi 127 ünvanda yerləşən AXDG QSC-yə aid 6 mərtəbəli yeni təmirdən çıxmış binanın III və IV mərtəbələri də bir başa olaraq Təlim-Tədris Mərkəzinin istifadəsinə verilmişdir.
Bu qısa zaman içində Təlim-Tədris Mərkəzində fəaliyyət prosesləri təkmilləşdirilmiş, yeni, peşəkar işçi komandası formalaşdırılmış, tədris proqramları və dərs vəsaitləri müvafiq standartlar uyğunlaşdırılmış, yeni tərəfdaşlarla görüşlər keçirılmiş və digər təkmilləşdirmə işləri aparılmışdır.
Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir.
Akkreditasiyalarimiz:
Mərkəzimiz müxtəlif beynəlxalq təşkilatlardan sertifikatlar almış və təlim keyfiyyətini yüksək səviyyədə təşkil etmişdir.
Təlim Tədris Mərkəzində keçirilən təlimlər bir başa olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akkreditasiya edilmişdir.
Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil etmiş və “Bureau Veritas” Beynəlxalq Sertifikatalaşdırma təşkilatı tərəfindən audit olunaraq sertifikata layiq görülmüşdür.
Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsinin Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verib. Bu sertifikat “DP Induction”, “DP Simulator” və “DP Revalidation and DP Refresher and Competency Assessment” və “DP Vessel Maintainer” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir. Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP Induction”, “DP Simulator” və “DP Revalidation and DP Refresher and Competency Assessment" və DP Vessel Maintainer təlimlərinin keçirilməsinə səlahiyyəti olan 85 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.

Məqsədimiz:
Təlim Tədris Mərkəzi dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun nəzəri və əməli (praktik) təlimlərin təşkil edilməsini təmin etməkdən ibarətdir.
Missiyamiz:
Dənizçilərin və dənizdə işləyən heyətin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyət sahəsindəki, dünya və beynəlxalq təcrübəni onlara aşılamaq və təlimləndirməkdən ibarətdir.
Təlimlərimiz:
- Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis
- Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
- Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları
- Kapitan körpüsünün resurslarının idarə olunması
- Gəminin İdarə Olunması və Manevr Edilməsi
- Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (idarəetmə səviyyəsində)
- Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (sıravi heyət üçün)
- Gəminin Mühafizəsi üzrə Məsul Şəxs
- Gəminin Mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
- Gəmi Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat
- Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Məhdud rayon operatoru
- Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru
- Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru üçün qısaldılmış Baza Kursu
- Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış xilasetmə” (idarəetmə səviyyəsində)
- “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (istismar səviyyəsində)
- “Radar,avtomatik radar müşahidə vasitələri,kapitan körpüsü komandası və axtarış xilasetmə”(idar.səv.) qısadılmış baza kursu
- Sürətli xilasetmə qayıq mütəxəssisi
- Gəmidə tibbi nəzarət
- Gəmidə ilk tibbi yardım
- Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq (RO-RO)
- Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün hazırlıq
- Təhlükəli və zərərli yüklərin daşınması
- İzdihamla idarə olunması üzrə hazırlıq
- Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq
- Maşın şöbəsinin resurslarının idarə olunması
- Neft və Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya
- Neftdaşıyan tankerlərdə yük əməliyyatına dair geniş Proqram üzrə hazırlıq
- Gəmi elektrik mexaniklərinin ixtisasartırma kursu
- Gəmidə qazanalizatorı və onların istismarı
- İnert qaz sistemi
- Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarının aparılması üzrə hazırlıq (idarəetmə səviyyəsində)
- Liderlik və heyətlə iş birliyi
- “Yanğınla mübarizə” geniş proqram üzrə
- Gəmi əmniyyətliyi üzrə məsul şəxs
- 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət
- Gəmi mexanikləri üçün ixtisasartırma
- Gəmi sürücüləri üçün ixtisasartırma
- Gəmi elektrik mexaniklərinin qısa müddətli ixtisasartırma kursu
- Kapitanın yanğın üzrə köməkçisinin təkmilləşdirmə kursu
- Kapitanın sərnişin üzrə köməkçilərinin hazırlığı
- Gəmi Dizel Energetik Qurğularının istismarı" trenajor hazırlığı
- Gəmi elektroenergetik sistemi trenajor hazırlığı
- Liman vasitələrinin mühafizəsi
- Gəmi dayanıqlığı
- Dənizçilərin bilik və bacarığın yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq
- Trenajor təlimatçıların və qiymətləndiricilərin hazırlığı
- Təlimatçılar üçün hazırlıq
- Dinamik mövqe saxlama operatorlarının hazırlığı (baza kursu)
- Dinamik mövqe saxlama operatorlarının hazırlığı (simulyator kursu)
- Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi
- Dinamik mövqe saxlama operatorlarının hazırlığı üzrə Revalidasiya və Təkmilləşdirmə/ Bacarıqların Qiymətləndirilməsi” kursu
- Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi (Nautical akkreditasiyalı)
- Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimini (Nautical akkreditasiyalı)digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
- Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursunu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
- Dinamik mövqe saxlama operatorlarının hazırlığını (simulyator kursu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
- Dinamik mövqe saxlama operatorlarının hazırlığı üzrə Revalidasiya və Təkmilləşdirmə/ Bacarıqların Qiymətləndirilməsi” kursunu digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili
- Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursu və texniki xidmət təlimini) digər təlim mərkəzində bitirən dinləyicilərə qeydiyyat kitabı (Logbook)
aşağıda qeyd olunan avadanlıqlar yerləşir:
- Qravitasiya tipli AT xilasetmə qayığı.
- Xilasetmə sal “Wiking”.
- “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru.
- “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı.
- “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDON firmasının istehsalı olan) trenajoru.
- “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru.
- “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru.
Direktor: Emil Manafov
E-mail: emil.manafov@acsc.az
Ünvanlar:
Əsas İnzibati bina: Salyan şossesi 23
II Korpus: Kazım Kazımzadə 127
Əlaqə nömrələri:
Telefon: (+99412) 404 39 46; (+99412) 404 39 47
Mobil: (+99450) 277 02 79; (+99450) 243 91 74
E-mail: trainingcenter@asco.az
Web: http://trainingcenter.asco.az/
Fb: https://www.facebook.com/acsctrainingcenter/
In: https://www.linkedin.com/mynetwork/