- XƏBƏRLƏR -
681 Arxiv
“Tətbiqi mexanika” kafedrasının əməkdaşları beynəlxalq elmi konfransda
2024.04.22 13:39

Bu günlərdə Daşkənd Texniki Universitetində “İnnovasiyalı istilik texnikası – Özbəkistan energetikasının inkişafının əsasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov, əməkdaşları - dosent Rafiq Əsgərov, dosent Leyla Həsənova, doktorant Elvin İbrahimli onlayn formatda iştirak ediblər.

Texnika elmləri doktoru, professor Vaqif Həsənov Azərbaycan Dövlət Dəniz Akademiyasını Beynəlxalq elmi konfransın idarə heyətinin üzvü kimi təmsil edib, məruzəsi plenar iclasın gündəliyinə salınıb. Onun rəhbərliyi ilə “Arakəsmə konstruksiyasının gəmi istilik mübadiləsi aparatlarının borularındakı istilik proseslərinə təsirinin tənzimlənməsi” adlı məruzə plenar iclas iştirakçılarının marağına səbəb olub.

Konfransda müxtəlif ölkələrin elm adamlarının məruzələri dinlənilib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.