- XƏBƏRLƏR -
335 Arxiv
Əməkdaşlarımız sertifikat alıblar
2024.04.15 11:03

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib. Təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılması olub. Təlimdə “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHS-nin əməkdaşları - “Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi Aynurə Allahverdiyeva və “Gəmi energetik qurğuları” kafedrasının doktorantı Əlihüseyn Həziyev iştirak ediblər və onlara müvafiq sertifikatlar verilib.