- MÜHASİBAT UÇOTU VƏ HESABAT ŞÖBƏSİ -
  • Şöbəyə rəhbərliyi şöbə rəisi həyata keçirir. Şöbə rəisini vəzifəyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi təyin edir və vəzifədən azad edir.
  1. Şöbənin əsas vəzifələri :
  • Mövcud qanunvericiliyə uyğun olaraq Akademiyanın mühasibat uçotunu beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) uyğun şəkildə təşkil etmək;
  • Mühasibat uçotunu SAP ERP sistemində nəzərdə tutulmuş standartlar əsasında formalaşdırmaq;
  • Təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədlərinin, eləcə də registlərin qüvvədə olan normativ hüquqi sənədlərin tələblərinə uyğun tətbiq edilməsini təmin etmək;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və onların köhnəlməsinin, maliyyə və kapital qoyuluşlarının və digər aktivlərin uçotunu aparmaq;
  • Alıcılar və sifarişçilərlə, malsatan və podratçılarla, təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunu aparmaq;
  • Satışdan və satışdankənar əməliyyatlardan gəlirlərin və zərərlərin eləcə də, mənfəətin bölüşdürülməsinin və ya zərərin ötürülməsinin uçotunu aparmaq;
  • Hesablaşma və valyuta hesablarında olan pul vəsaitlərinin, qiymətli kağızların və ciddi hesabat blanklarının uçotunu aparmaq;
  • Büdcə və büdcədənkənar fondlarla hesablaşmaların uçotunu aparmaq;
  • Bank kreditlərinin və s. borclar üzrə əməliyyatların habelə təsərrüfat fəaliyyəti nəticəsində baş verən digər əməliyyatların uçotunu aparmaq;
  • Balans maddələri üzrə inventarizasiyanın təşkili, aparılması və nəticələrinin uçotda əks etdirilməsini təmin etmək.
  1. Şöbənin ştat vahidlərinin formalaşdırılması :
  • Şöbə 5 (beş) ştat vahidindən - 1 (bir) baş mühasib, 1 (bir) baş mühasibin müavini, 2 (iki) mühasib və 1 (bir) iqtisadçı - ibarətdir.  Şöbənin ştat vahidlərinin sayı digər şöbələr kimi “AXDG” QSC tərəfindən təsdiq olunmuş ştat cədvəli əsasında formalaşdırılır.

 “Mühasibat uçotu və hesabatı” şöbəsi maliyyə resurslarını bölüşdürmək və ödənişlər, hesablaşma, kredit və s. maliyyə sənədlərini qüvvədə olan qanunvericilik, müqavilə qaydaları, təlimatlar, həmçinin təsdiq edilmiş plan və smetalara riayət etməklə imzalamaq, Akademiyanın maliyyə-iqtisadi fəaliyyəti ilə bağlı olan bütün sənədləri imzalamaq və viza vermək səlahiyyətlərinə malikdir.

 Şöbə müdiri:  Qasımov Asif

 Tel:   (+994 12) 4938588

          (+994 12) 4043700 (3033)

 Mob: (+99450) 277-02-73

 E-mail: