- GƏMİ ENERGETİK QURĞULARININ İSTİSMARI MÜHƏNDİSLİYİ -

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-III/1, A-III/2 bölmələrinin), tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu ixtisas üzrə bakalavr pilləsində təhsil alan tələbələr gəmi dizellərinin, buxar qazanlarının, köməkçi mexanizmlərin, sistemlərin konstruktiv xüsusiyyətlərini, onların iş prinsiplərini, yanacaq və yağlayıcı materialların fiziki - kimyəvi xassələrini, nasos və boru sistemlərinin istismar qaydalarını və onlara edilən texniki xidməti, eləcə də gəmi energetik qurğularının istismarına aid olan digər sahələr üzrə bilikləri öyrənir. Tədris prossesi ixtisaslaşdırılmış auditoriyalarda, laboratoriyalarda, trenajorlarda və tədris gəmisində təşkil olunur.

Bu ixtisası uğurla bitirən məzunlar gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis, texnoloq, dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində mexanik, böyük mexanik, vəzifələrində çalışa bilərlər.