- XƏBƏRLƏR -
163 Arxiv
HƏMRƏYLİK RUHUNDA SƏMİMİ YENİ İL GÖRÜŞÜ
2025.12.30 14:51

Dekabrın 24-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə ADDA-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilmişdir.

Görüşün məqsədi tələbələri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik etmək, eyni zamanda onlara Azərbaycan xalqının milli-mənəvi dəyərləri, həmrəylik ideyası və ölkəmizdə mövcud olan multikultural mühit barədə məlumat vermək olmuşdur.

Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli birlik və həmrəyliyi ifadə edən mühüm tarix olduğu vurğulanmış, Azərbaycanın tolerant və multikultural dəyərlərə əsaslanan ölkə kimi tanındığı qeyd edilmişdir. Bildirilmişdir ki, ADDA-da formalaşan beynəlxalq təhsil mühiti bu dəyərlərin bariz nümunəsidir.

Əcnəbi tələbələr akademiyada yaradılan səmimi və dəstəkləyici mühitdən məmnunluqlarını ifadə etmiş, Azərbaycanda təhsil almağın onlara qazandırdığı bilik və təcrübənin gələcək karyeraları üçün əhəmiyyətini vurğulamışlar.

Görüş iştirakçılara ünvanlanan qarşılıqlı təbrik və xoş arzularla yekunlaşmışdır.