Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının 21 noyabr 2025-ci il tarixində növbəti iclası keçirilib.
Akademiyanın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayevin sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən: 1) 2025-ci ildə məzun buraxılışı və tələbə qəbulunun nəticələri; 2) 2024/2025-ci tədris ilində tədris və istehsalat təcrübələrinin yekunları və 3) 2026/2027-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə tələbə qəbulu proqnozu kimi mühüm məsələlər müzakirə olunub.
Akademiyanın Tədris prosesinin təşkili şöbəsinin müdiri Əsədullah Süleymanovun məlumatları dinlənildikdən sonra, 2025-ci il məzun buraxılışına hazırlıq, təcrübə prosesinin təşkili və növbəti tədris ili üçün tələbə qəbulu proqnozu ilə bağlı bir sıra əsaslı qərarlar qəbul edilib və müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin, təşkilati məsələlər müzakirə olunub: Elmi Şuranın yeni iclas reqlamentinin təsdiqlənməsi, Şuranın tərkibindəki mövcud dəyişikliklərə əsasən Təhsil və elm komissiyasının, eləcə də Sosial-iqtisadi və təsərrüfat fəaliyyəti üzrə komissiyanın tərkibində müvafiq düzəlişlər həyata keçirilib.
Bundan əlavə, 2026-cı ildə Azərbaycanda Dənizçilik təhsilinin 145 və ADDA-nın yaranmasının 30 illik yubileylərinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkili, idarə edilməsi və keçirilməsi üçün Eldar Qocayevin sədrliyi ilə geniş tərkibli Təşkilat Komitəsinin yaradılması ilə bağlı məsələ müzakirə edilib və müvafiq qərar qəbul edilmişdir.