- XƏBƏRLƏR -
515 Arxiv
ADDA tələbələri “Fibonacci” intellektual yarışında
2025.10.20 11:52

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Fibonacci” MMC-nin birgə təşkilatçılığı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli”çərçivəsində “Sumqayıt - Gənclər Paytaxtı 2025” tədbirlər planına daxil olan “Tələbə-gənclər kuboku 2025”  

İntellektual yarışının respublika mərhələsi keçirilib.

Layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsidir.

Yarışda Azərbaycan Dövlət Dəniz Akademiyasını (ADDA) “Albatros” komandası təmsil edib. 7 fərqli turdan ibarət olan yarışda Akademiyanın “Albatros” komandası  30 ali təhsil müəssisəsi arasında ilk onluğa daxil olub.