Oktyabrın 16-da Azərbaycan Dövlət Dəniz Akademiyasının 8 noyabr – Zəfər Gününə dair Tədbirlər planına əsasən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
ADDA-nın tələbə və müəllimlərinin iştirakı ilə təşkil edilən “Dəyirmi masa”da “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev, həmin kafedranın digər əməkdaşları, dəvət olunanlardan “Gəmi mexanikası və elektromexanikası” kafedrasının dekanı, dosent Rafiq Əsgərov 8 noyabr - Zəfər Gününün Azərbaycan xalqına böyük şərəf gətirdiyini vurğulayaraq, Müqəddəs Vətənimizin ərazi bütövlüyünün bərpasında Qalib Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna rolundan ətraflı danışıblar. Çıxış edən tələbələr də Möhtəşəm Qələbəmizin bizlərə qürur bəxş edən bir tarix kimi yaddaşlarda daim yaşayacağını bildiriblər.
Tədbir “Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! ” və “Yaşasın Ali Baş Komandan!” sədaları ilə yekunlaşıb.