Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əməkdaşları növbəti elmi nailiyyətə imza atıblar. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən ADDA-nın aşağıda adları qeyd olunan müəlliflər kollektivinə “Yüksək dəqiqliyə malik silindrik detalların daxili səthlərinin emalı üçün özütənzimlənən sürtmə başlığı” adlı ixtira üzrə İxtira Patenti (İ 2025 0066) təqdim olunub:
Patent 16 iyul 2025-ci il tarixində dövlət reyestrində rəsmi olaraq qeydiyyata alınıb.
Bu texnoloji yenilik yüksək dəqiqlik tələb edən silindrik detalların emalı prosesində məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədi daşıyır. Özütənzimlənən sürtmə başlığı detalların daxili səthlərini dəqiqliklə emal etməyə imkan verir ki, bu da xüsusilə gəmiqayırma və maşınqayırma sahələrində mühüm əhəmiyyət kəsb edir.
ADDA rəhbərliyi və kollektivi olaraq müəllifləri bu əlamətdar uğur münasibətilə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!