- XƏBƏRLƏR -
1897 Arxiv
ADDA-da Ümummilli Liderin anım günü
2024.12.12 16:00

Dekabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akademiynın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Ölkəmizin məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində müstəqilliyini qoruyub saxladığını, parçalanmaqdan və xaosdan xilas olduğunu qeyd edib.

Akademiyanın “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev və həmin kafedranın baş müəllimi Elbrus Həşimov Ümummilli Liderin xalq və dövlət üçün əvəzsiz xidmətlərini vurğulayaraq, Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycanın inkişafındakı rolu və onun azərbaycançılıq ideyasının formalaşmasından danışıblar. XXI əsrdə Heydər Əliyev siyasətinin müzəffər davamçısı, dövlət başçımız İlham Əliyevin Azərbaycan Respublikasını dünyada sayılan ölkələr sırasına çıxarması, Vətənimizin ərazi bütövlüyünün bərpası, Qarabağ Zəfərinin xalqımıza bəxş edilməsi xüsusi qeyd olunub

Sonda ADDA tələbəsi Firudin Həsənzadəyə Daxili Qoşunların Hərbi İnstitutunda Ulu Öndərin anım gününə həsr olunmuş “Heydər Əliyevin izində Vətən sevgisi” adlı yazı müsabiqəsində 3-cü yer tutduğuna görə fəxri fərman təqdim olunub.