- XƏBƏRLƏR -
999 Arxiv
“Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışı
2023.10.19 12:17

2014-cü ildən etibarən hər il tələbələr arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə “Heydər Əliyev və Azərbaycan tarixi’’ adlı ümumrespublika bilik yarışı keçirilir. Bu ilki yarış 18 Oktyabr – Müstəqillik Gününün qeyd olunduğu tarixdə Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Növbəti “Heydər Əliyev və Azərbaycan tarixi’’ IX ümumrespublika bilik yarışında 50 ali təhsil müəssisəsi arasında Azərbaycan Dövlət Dəniz Akademiyasının 8 tələbəsi də iştirak edib. Onlara müvafiq sertifkatlar təqdim olunub.