- XƏBƏRLƏR -
891 Arxiv
“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı
2023.10.03 16:03

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində  “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatı keçirilib. Mərasimdə ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, hərbçilər, diplomatlar, millət vəkilləri, Vətən müharibəsi veteranları və qaziləri, Azərbaycandakı dini konfessiyaların nümayəndələri və Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri fəal iştirak ediblər.