- XƏBƏRLƏR -
2029 Arxiv
ADDA-nın magistratura bölməsinə ayrılmış plan yerləri 100% dolub
2023.07.21 11:27

Dövlət İmtahan Mərkəzi  2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik göstəriciləri açıqlayıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) qəbul planı 100 faiz dolan 13 ali təhsil müəssisəsindən biri olub.

Akademiya üzrə ən yüksək nəticə balı 92,5, ən minimal nəticə balı 45 olub.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində ADDA-nın magistratura pilləsinə qəbul üçün ümumilikdə 32 plan yeri ayrılıb. Qəbul Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi,    Elektrik mühəndisliyi ixtisasları üzrə aparılıb.