- XƏBƏRLƏR -
2241 Arxiv
Tələbələr üçün təcrübə öncəsi təlim keçirilib
2023.06.14 18:27

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasında (XDND) yay istehsalat təcrübəsinə hazırlaşan Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün təlim təşkil olunub.

“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatını tələbələrə XDND-nin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları keçib.
Təlimdə tələbələrə təcrübə müddətində olacaqları gəmilər haqqında ümumi məlumat, təhlükəsizlik texnikasının, yanğın təhlükəsizliyinin və istehsalat sanitariyasının əsasları, fərdi mühafizə vasitələri ilə tanışlıq və s. biliklər izah edilib.

Qeyd edək ki, tələbələrin cari ilin istehsalat-üzmə təcrübəsi 16 iyun-7 sentyabr arası keçiriləcək.

ASCO donanmalarındakı gəmilərdə ümumilikdə 438 tələbə təcrübə keçəcək.

ADDA-nın 85 tələbəsi isə “Zığ” Gəmi Təmiti və Tikintisi Zavodu və “Bibiheybət” Gəmi Təmiri Zavoduna təcrübəyə cəlb ediləcək.