- XƏBƏRLƏR -
2389 Arxiv
ADDA-da dövlət imtahanı keçirilir
2023.06.12 18:07

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələrin Buraxılış yekun dövlət attestasiyası başlayıb.

ADDA-da 4-cü tədris ilində oxuyan (akademik borcu olmayan) və əvvəlki illərdəki akademik borclarını ləğv edən tələbələr Dövlət Attestasiya Komissiyasının (DAK) üzvləri qarşısında imtahan olunurlar.

İmtahanın nəzəri hissəsi dərs otaqlarında, praktiki sualların cavablandırlması isə ixtisaslaşdırılmış trenajor və laboratoriyalarda keçirilir.

İmtahanın 1-ci mərhələsində (nəzəri hissədə) tələbəyə istismar səviyyəsi üzrə 5 sual təqdim edilir. Hər sualın cavabına görə DAK üzvləri tərəfindən maksimum 15 bal verilə bilər. İmtahanın nəzəri hissəsindən ən azı 26 bal yığan tələbə praktiki sualları cavablandırmaq üçün 2-ci mərhələyə buraxılır.

Bu mərhələdə tələbəyə 1 praktiki sual təqdim olunur. Tapşırığı yerinə yetirməyinə görə tələbənin ala biləcəyi maksimal bal 25-dir.

Nəzəri suallardan 26-dan, praktiki sualdan isə 9-dan az bal toplayan tələbə qeyri-kafi qiymət almış hesab edilir. Ümumilikdə topladığı ballarının cəmi 51 və ondan çox olduqda tələbə buraxılış yekun dövlət attestasiyasından keçmiş hesab olunur.

Qeyd edək ki, bu gün ADDA-da magistrantların dissertasiya işlərinin müdafiəsi də başlayıb.