- XƏBƏRLƏR -
4243 Arxiv
ADDA-ya yeni qəbul olan tələbələrin nəzərinə!
2022.09.01 17:02

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan abituriyentlərin nəzərinə!

Elm və Təhsil Nazirliyindən   verilən   məlumata    görə , ali  təhsil  müəssisələrinə qəbul olan abituriyentlər    2 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək www.portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Yaradılmış kabinetə daxil olduqdan sonra xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

ƏN ÇOX SORUŞULAN SUALLAR (BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYTAT) : YÜKLƏ