- ELANLAR -
227 Arxiv
FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ İXTİSAS FƏNNİNDƏN QƏBUL İMTAHANI VERƏCƏK İDDİAÇILARIN NƏZƏRİNƏ!
2025.09.08 03:57

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən,  doktoranturaya  qəbul olmaq  istəyənlər  xarici  dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. 

İxtisas fənnindən qəbul imtahanına yalnız “Fəlsəfə” fənnindən “məqbul” alan şəxslər  buraxılırlar. 

3319.02 -“Gəmiçilik və su nəqliyyatının istismarı” ixtisas fənnindən qəbul imtahanı 10.09.2025-ci il tarixində saat 14-00-da; 

3319.03 -“Gəmiqayırma və gəmi təmiri texnologiyası” ixtisas fənnindən qəbul imtahanı 11.09.2025-ci il tarixində saat 11.00-da keçiriləcək.

İmtahan sualları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

Yüklə : 3319.02.pdf

Yüklə : 3319.03.pdf