- ELANLAR -
3885 Arxiv
İddiaçıların ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat elan edilir
2022.02.10 10:54

            Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı ildə iki dəfədən az olmamaqla yaz və payız sessiyalarında keçirilir.

          Bu Qaydaya uyğun olaraq, iddiaçıların ixtisas üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün 10 fevral 2022-ci il tarixindən 10 mart 2022-ci il tarixinədək ərizələrin qəbulu elan edilir.