Əziz tələbələr!
Sizi «ümumpeşə hazırlığı fənləri» və «ixtisas fənləri» üzrə olimpiadada iştiraka dəvət edirik!
Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.
Olimpiadanın qalibləri pul mükafatı ilə, diplomlar və sertifikatlarla təltif olunacaqlar.
“Ümumpeşə hazırlığı fənləri” və “ixtisas fənləri” istiqamətlərinin hər biri üzrə bir 1-ci yer, iki 2-ci yer, üç 3-cü yer təsis edilmişdir.
Keçirilmə tarixi: 22-26 noyabr 2021-ci il, saat 1500 .
Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18.).
Müsabiqə haqqında ətraflı məlumat:
ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsi. Otaq – 423.
Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etməyiniz zəruridir