STEP Kompüter Akademiyasının Bakı filialı Təhsil Nazirliyinin dəstəyilə Azərbaycanda “Qızıl bayt 2017” Beynəlxalq kompüter istedadları çempionatı keçirməyi nəzərdə tutur. İstedadlı məktəbli və tələbələrin cəlb edilməsilə keçiriləcək çempionatın məqsədi Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafının stimullaşdırılması, istedadlı gənclərin dəstəklənməsi, onlara dünya miqyaslı mütəxəssislərlə ünsiyyət imkanının yaradılması və onların uğurlarının beynəlxalq aləmdə tanıdılmasıdır.
“Golden Byte” nədir?
Bu aparıcı IT şirkətlərin qarşısında öz layihəni təqdim etmək üçün inanılmaz bir imkan, digər ölkələrin təsilçiləri ilə təcrübə mübadiləsi və ən əsası özünü və öz layihəni obyektiv qitmətləndirmək imkanıdır. Bizi iştirakçılar dünyaca tanınmış şirkətlərdən iş təklifi, start-up layihələr isə fondlardan və biznes mələklərindən investisiyalar qazanırlar!
Çempionat artıq 9-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Təhsil Nazirliyinin dəstəyi ilə, Azərbaycan ilk dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.
2017-ci ildə biz iştirakçılara Invent Create Change (İcad et Yarat Dəyiş) mövzusunu və aşağıdakı nominasiyaları təklif edirik.
Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir.
Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol “Golden Byte- 2017” beynəlxalq IT çempionatında iştirak et! Çempionatda məktəblilər(Junior Competition) 2015-ci ilin məzunları, və tələbələr iştirak edə bilər(təhsil formasınnan və yaşınnan asılı olmayaraq).
Yarış üç mərhələdən ibarətdi
Qeydiyyat və ideyaların qəbulu Fevral ayının 19-a qədər çempionatın rəsmi səhifəsində açıqdır - http://goldenbyte.org
Suallarınızı cempionatın Azərbaycandakı koordinatoru Qənbərov Yusifə ünvanlaya bilərsiniz:
Tel:050 652 53 18
E-mail: ganbarov@itstep.org
ADDA tələbələri layihədə iştirak etmək istəyənlər İnformasiya-resurs mərkəzinə müraciət edə bilərlər.
ADDA Əlaqə tel:+(994)51 466-47-77