- XƏBƏRLƏR -
459 Arxiv
ADDA qəbul planı 100 faiz dolan 6 ali təhsil müəssisəsindən biri olub
2022.09.01 17:20

Qəbul imtahanının nəticələrinə görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası qəbul planı 100 faiz dolan 6 ali təhsil müəssisəsindən biri olub. 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Qeydə alınan nəticə gənclərin dənizçi peşəsinə marağından irəli gəlir. Sözsüz ki, bu nəticə çoxminli dənizçi ailəsininin hər bir üzvünü sevindirir.

ADDA-nı seçən abituriyentlərə təşəkkürümüzü bildirir, onları təbrik edir və uğurlar arzulayırıq.