- XƏBƏRLƏR -
607 Arxiv
ADDA-da növbəti təkmilləşdirmə və ixtisasartırma kursları keçirilib
2022.02.25 09:53

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) yanvar və fevral aylarında növbəti təkmilləşdirmə və ixtisasartırma kursları təşkil olunub

Kurslar kapitan və kapitanın baş köməkçisi (idarəetmə səviyyəsində), növbə köməkçisi, gəmi elektrik mexanikləri (idarəetmə səviyyəsində), gəmi mexanikləri (idarəetmə və istismar səviyyəsində), növbə mexaniki və ikinci mexanik (idarəetmə səviyyəsində) ixtisasları üçün nəzərdə tutulub.

Bütün kurslar Beynəlxalq Dəniz Təşkilatının (BDT) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) Beynəlxalq Konvensiyasına uyğun keçirilib. Bununla belə, kurslar Azərbaycan Respublikası Dövlət Dəniz və Liman Agentliyi (DDLA) ilə razılaşdırılaraq ADDA-nın təsdiqlənmiş plan və proqramına uyğun təşkil olunub.

Pandemiya şəraitinə uyğun olaraq kursların nəzəri hissəsi onlayn rejimdə ZOOM proqramı ilə, praktiki məşğələ, trenajor dərsləri isə karantin qaydalarının tələbləri gözlənilməklə ADDA-da əyani təşkil olunub.

Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə DDLA-nın müvafiq sertifikatları təqdim ediləcək.

Qeyd edək ki, ADDA ölkədə fəaliyyət göstərən müxtəlif gəmiçilik şirkətlərinin sifarişi əsasında onların əməkdaşları üçün mütəmadi təkmilləşdirmə və ixtisasartırma kursları keçirir. Bu kurslarda fiziki şəxslər də iştirak edə bilirlər.