- XƏBƏRLƏR -
3479 Arxiv
Daha bir müəllimimiz dissertasiya işini müdafiə etdi
2022.01.11 14:07

Azərbaycan Dövlət Dəniz Akademiyasının daha bir müəllimi elmi işini yekunlaşdıraraq uğurla müdafiə edib. Belə ki, yanvarın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən BFD 3.04 birdəfəlik Dissertasiya Şurasında ADDA-nın “Tətbiqi mexanika” kafedrasının baş müəllimi Gülşən Axundovanın “Qaz-maye mühitinin mexanika metodlarının bəzi gəmiçilik məsələlərinin həllinə tətbiqi” mövzusunda 2003.01 - “Maye, qaz və plazma mexanikası” ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi təşkil olunub.

İclası Şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov aparıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə AMEA “Riyaziyyat və mexanika” institutu arasında birgə əməkdaşlığa dair müqaviləyə əsasən, dissertasiya işi ADDA-nın “Tətbiqi mexanika” kafedrasında və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi riyaziyyat” şöbəsində yerinə yetirilib.

Akademiyanın əməkdaşları Gülşən Axundovanı təbrik edir və elmi işlərini bundan sonra da davam etdirməsini arzulayırlar.