- XƏBƏRLƏR -
3770 Arxiv
ADDA-nın müəllimləri Beynəlxalq elmi-praktik konfransda
2021.11.17 11:10

3-5 noyabr 2021-ci il tarixlərində Xerson Dövlət Dəniz Akademiyasında (Ukrayna) “DƏNİZ SƏNAYESİNİN DAVAMLI İNKİŞAF PROBLEMLƏRİ” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.

Azərbaycan Dövlət Dəniz Akademiyası konfransın təşkilində yaxından iştirak edib, ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov isə təşkilat komitəsində təmsil olunub.

“Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov konfransın plenar iclasında “ИССЛЕДОВАНИЕ ОПТИМАЛЬНЫХ УСЛОВИЙ ЭКСПЛУАТАЦИИ ТРУБ  СУДОВЫХ ТЕПЛООБМЕНЫХ АППАРАТОВ” (”Gəmi istilik mübadiləsi aparatları borularının optimal istismar şəraitinin tədqiqi”) mövzusunda məruzə ilə çıxış edib.

Həmin kafedranın doktorantı Elvin İbrahimli isə müvafiq bölmədə əldə etdiyi elmi nəticələr barədə məqaləni təqdim edib.