- XƏBƏRLƏR -
6486 Arxiv
2019-cu ilin ən yaxşı müəllimi - Akif İsmayılov
2020.03.17 14:28

2015-ci ildən başlayaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) İstehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyinin qiymətləndirmək məqsədilə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”  və “İlin gənc dənizçisi” nominasiyaları üzrə müsaiqə keçirilir.

İlin ən yaxşıları ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrə əsasən müsabiqənin keçirilmə qaydalarına və təşkilat komitəsinin protokolu nəzərə alınmaqla müəyyənləşib.

ASCO-nun strukturuna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimləri hər il “Ən yaxşı müəllim” nominasiyasında müsabiqənin digər qalibləri sırasında yer alırlar.

Bu il bu sözügedən nominasıyada ADDA-nın “Gəmi energetik qurğuları” kafedrasının müdiri, dosent Akif İsmayılov qalib elan edilib.

Akif müəllim 1976-cı ildə N.E.Bauman adına Moskva Ali Texniki Məktəbinin (indiki Moskva Dövlət Texniki Universiteti) “Daxili yanma mühərrikləri” ixtisasını bitirib. Ali məktəbi bitiridikdən sonra Azərbaycana qayıdıb və bir müddət istehsalatda mühəndis-texnoloq, texnoloji bölmənin rəisi, nəqliyyat sexinin rəisi, aparıcı mühəndis və s. vəzifələrdə çalışan Akif müəllim pedaqoju fəaliyyətinə Azərbaycan Texniki Universitetində başlayıb. Orada çalışdığı müddətdə paralel olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında əvəzçiliklə dosent işləyib. 

2016-cı ildən hal-hazırkı tarixə qədər Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi energetik qurğuları” kafedrasının müdiri vəzifəsində işləyir.

Akif müəliim pedaqoju fəaliyyətlə yanaşı aktiv elmi işlə də məşğul olur. 100-dən artıq çap olunmuş elmi-metodiki işin, o cümlədən 5 dərsliyin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 7 metodik göstərişin, 1 ixtiranın və 1 patentin müəllifidir. Tələbələrin buraxılış işlərinə, magistr dissertasiyalarına və aspirantlara rəhbərlik edir. Akif müəllimin 2 aspirantı dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülüb, hal-hazırda 1 aspirantı isə doktorluq dissertasiayasını müdafiə etmək ərəfəsindədir.

Həm ASCO-nun, həm də Azərbaycanda fəaliyyət göstərən digər gəmiçilik şirkətlərinin gəmilərində maşın şöbəsinin mexanikləri, gəmiqayırma və gəmi təmiri müəssisələrinin mühəndis və texnoloqları əsasən Akif müəllimin rəhbərlik etdiyi kafedrada “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasını bitirən mütəxəssislərdir. Onu da qeyd edək ki, gənclər arasında bu sahəyə olan maraq həmişə olub. Hal-hazırda kafedra Akademiya üzrə bu ixtisasda oxuyan 263 bakalavrın tədrisi ilə məşğuldur.

Akif İsmayılov: Elmi-pedoqoji fəaliyyətimə verdikləri yüksək qiymətə görə həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevə, həm də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədova dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də göstərilən etimadı doğrultmağa çalışacağam.