- XƏBƏRLƏR -
2027 Arxiv
2020-ci ildə keçiriləcək imtahanlar haqqında
2020.01.23 13:05

Dövlət İmtahan Mərkəzi 2020-ci ildə keçirilməsi nəzərdə tutulan imtahanların tarixlərini açıqlayıb. Belə ki, fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı keçiriləcək. Əvvəlki illərin məzunları üçün aprelin 26-da ali təhsilin bakalavriat səviyyəsinə qəbul imtahanı (I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə) keçiriləcək.

Bu il də keçən illərdə olduğu kimi abituriyentlərin ali məktəbə daxil olmaq üçün 2 dəfə imtahan vermək şansı olacaq. 2020-ci ilin tam orta 11 illik təhsil bazasının məzunları üçün I və IV ixtisas qrupları üzrə yaz imtahanının mayın 11-də, II və III ixtisas qrupları üzrə yaz imtahanının isə  mayın 17-də keçirilməsi nəzərdə tutulub. Abituriyentlər könüllü olaraq qəbul imtahanlarının 2-ci mərhələsində iştirak etmək istəyirlərsə, o zaman I və IV ixtisas qrupları üzrə (yay imtahanı)  iyunun 28-də, II və III ixtisas qrupları üzrə (yay imtahanı) isə iyulun 10-da imtahana qatıla bilərlər.

Azərbaycan Dövlət Dəniz Akademiyası adından bütün abituriyentlərə uğurlar arzulayırıq və nəzərinizə çatdırmaq istəyirik ki, regionda ilk olaraq ali təhsilli dənizçi kadrlar hazırlayan Akademiyamız haqqında ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz.

www.adda.edu.az