- XƏBƏRLƏR -
5794 Arxiv
İkitərəfli əlaqələr müzakirə edildi
2019.05.02 01:10

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən XIV Beynəlxalq elmi-texniki konfransdan öncə rektor Heydər Əsədov Batumi Naviqasiya Tədris Universitetinin rektoru Parmen Xvedelidze ilə görüşüb. Görüşdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfransın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycan və Gürcüstan dənizçiləri arasında illər boyu davam edən dostluq və qardaşlıq münasibətləri xüsusi vurğulanıb. P. Xvedelidze H.Əsədovu öz adından və təmsil etdiyi təhsil ocağı adından bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək, gələcəkdə qarşılıqlı elmi əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.