- XƏBƏRLƏR -
5593 Arxiv
Dənizçi ailələri “Atam, anam və mən” adlı idman-turizm yarışında iştirak edib
2018.06.12 16:50

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən” adlı idman-turizm yarışı keçirilib.  

Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə baş tutan yarış iki gün davam edib. Yarışda Gəmiçiliyi səkkiz komanda (“AXDG” QSC, XDND, ZGTZ, İXİ, DND və ADDA) təmsil edib.

İştirakçılar qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və s. növlər üzrə yarışlarda güclərini sınayıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Yarışların ümumi nəticələrinə əsasən XDND (oğlan) və ADDA-nın (qız)  komandaları qalib adını qazanıblar. İkinci və üçüncü yerləri isə ZGTZ-nin iki komandası tutub.

Qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.