- XƏBƏRLƏR -
6956 Arxiv
YAP üzvü olan dənizçilərin də iştirakı ilə Cocuq Mərcanlıya səfər təşkil olunub
2017.11.15 08:59

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Səbail rayon təşkilatının üzvləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə partiya fəallarından, o cümlədən rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrindən ibarət 90 nəfər iştirak edib. İştirakçılar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də fəaliyyət göstərən “Xəzər Dənizçiləri” Ərazi ilk təşkilatının nümayəndələri Natalya Fatyanova və Laçın Babayev  də olub. 

Səfərin iştirakçıları əvvəlcə Fizuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşüblər.  Nümayəndə heyəti Cocuq Mərcanlıda düşmənlə sərhəd postlarında növbə çəkən əsgərlərin şəraiti ilə yaxından tanış olublar.  YAP Səbail rayon təşkilatının və rayon icra hakimiyyətinin adından hərbi hissəyə xatirə hədiyyələri təqdim olunub.

Görüş zamanı aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin, həyatını itirmiş mülki şəxslərin və həmin hərbi hissənin 19 şəhid hərbi qulluqçusunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə gələn qonaqlar sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə maraqlanıb, müəllim və şagirdlərlə həmsöhbət olublar.

YAP üzvləri səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə də görüşüblər. 

http://seanews.az/2017/11/yap-uzvu-olan-d%C9%99nizcil%C9%99rin-d%C9%99-istiraki-il%C9%99-cocuq-m%C9%99rcanliya-s%C9%99f%C9%99r-t%C9%99skil-olunub/