- XƏBƏRLƏR -
4679 Arxiv
Nüfuzlu təsnifat cəmiyyətinin nümayəndələri Gəmiçilikdə olub
2017.05.18 16:00

Dünyanın ən nüfuzlu təsnifat cəmiyyətlərindən sayılan Amerika Gəmiçilik Bürosunun  (ABS) nümayəndələri Dmitri Houliarakis, Elias Kariabas, Biş Bişavi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin görüşü keçirilib.

Gəmiçiliyin son illər əldə etdiyi uğurlardan söhbət açan Rauf Vəliyev bundan sonra da şirkətin əsas məqsədinin yalnız inkişaf olduğunu bildirib. Qurumun rəhbərinin sözlərinə görə,  bu müddət ərzində Gəmiçiliyin həm nəqliyyat, həm də neft donanmalarının ən müasir gəmilər hesabına yenilənməsinə xüsusi diqqət yetirilib. Eyni zamanda   əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir.  

Görüşdə Gəmiçiliklə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.  ABS nümayəndələri də qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və   bundan sonra da “AXDG” QSC-yə lazım olan köməkliyi göstərəcəklərini bildiriblər.

ABS tərəfindən beynəlxalq standartlara uyğun sertifikatlar alan Gəmiçilik  nüfuzlu təsnifat şirkəti ilə  əməkdaşlığı bundan sonra da davam etdirəcək.

http://seanews.az/2017/05/nufuzlu-t%C9%99snifat-c%C9%99miyy%C9%99tinin-numay%C9%99nd%C9%99l%C9%99ri-g%C9%99micilikd%C9%99-olub/