- XƏBƏRLƏR -
4320 Arxiv
Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş elmi konfransın qalibləri mükafatlandırıldılar
2017.05.16 14:00

   Mayın 16-da Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatının inkişafı” mövzusunda tələbə, magistr və gənc  tədqiqatçıların elmi konfransının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Akademiyanın rektoru Çingiz Əliyev hər bölmə üzrə I, II və III yer tutan tələbələri müvafiq diplomlarla təltif etdi. Birinci dərəcəli diplom alanlar həm də müvafiq fənlərdən imtahan qabağı  50 bala qədər mükafatlandırılacaqlar. Həmçinin ən yaxşı  tezislər konfransın “Tezislər toplusunda” dərc olunacaq.