- Dəniz naviqasiyası mühəndisliyi -

“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində mütəxəssis hazırlığı Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (BDT-İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ əlavələr edilmiş) Beynəlxalq Konvensiyanın (A-II/1, A-II/2 bölmələrinin), tələblərinə uyğun olaraq həyata keçirilir.

Bu ixtisas üzrə bakalavr pilləsində təhsil alan tələbələr yükdaşıma texnologiyası və donanmanın idarə olunması, gəmi sürücülüyünün naviqasiya təminatı, səfərin naviqasiya planlaşdırılması,  elektron xəritə sistemində trenajor hazırlığı, dənizçilik astronomiyası, dəniz yolları coqrafiyası, dəniz meteorologiyası, gəminin idarə və manevr edilməsi, RADAR-la müşahidə və təsvir-trenajor hazırlığına dair bilikləri öyrənir. Tədris prossesi ixtisaslaşdırılmış auditoriyalarda, laboratoriyalarda, trenajorlarda və tədris gəmisində təşkil olunur.

Bu ixtisası uğurla bitirən məzunlar dünyada Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində kapitanın növbə köməkçisi, baş köməkçi və kapitan kimi məsul vəzifələrdə çalışa bilərlər.