- ELMİ-TƏDQİQAT QRUPU -

Elmi tədqiqat qrupu

Elmi-tədqiqat qrupu Azərbaycan Dövlət Dəniz Akademiyasının struktur bölməsidir.

Qrup akademiyada elmi-metodiki işlərin planlaşdırılması və həyata keçirilməsi funksiyasını yerinə yetirir, əldə edilmiş elmi və metodiki nəticələrin praktik tətbiqini təşkil edir, eləcə də Akademiyanın professor-müəllim heyətinin tədqiqat materiallarını, elmi konfransların və simpoziumların materiallarını çapa hazırlayır, bu sahə üzrə aparılan işlərə nəzarət edir.

Qrup akademiyanın fakültələri, kafedraları, tədqiqat laboratoriyaları, mərkəzləri və digər struktur bölmələri ilə birlikdə fəaliyyət göstərir.

Elmi-tədqiqat qrupu Azərbaycan Respublikasının qanunvericiliyi, Akademiyanın Nizamnaməsi, Elmi Şuranın qərarları və rektorun əmrlərinə uyğun olaraq fəaliyyət göstərir.

Qrup aşağıdakı vəzifələri yerinə yetirir:

  • Akademiyanın kafedraları və tədqiqat laboratoriyalarında tədqiqat və elmi-metodiki işlərin həyata keçirilməsi, həmçinin onların tətbiqinin təşkili və nəzarəti ;
  • Akademiyanın kafedraları və tədqiqat laboratoriyalarında tədqiqat və elmi-metodiki işlərin planlaşdırılmasında və müzakirə olunmasında iştirak;
  • Aparılmış elmi-tədqiqat və metodiki işlərin ekspertizasının həyata keçirilməsi;
  • Kafedralar və elmi laborotoriyalar tərəfindən aparılmış elm-tədqiqat işlərinin hesabatlarının yoxlanılması və yekun hesabatların hazırlanması;
  • Kafedra və elmi laborotoriyaların hər növbəti il üçün elmi-tədqiqat planlarının və metodiki işlərinin toplanması, təhlili və təsdiq üçün Elmi Şuraya təqdim edilməsi;
  • Akademiyanın professor-müəllim heyətinin nəşr olunmuş əsərlərinin qeydiyyatı;
  • Doktorant, dissertant və magistrantlar üçün elmi, elmi-metodiki seminarlar və mühazirələrin təşkili;
  • Kafedralarda dissertasiyaların və elmi işlərin müzakirələrində iştirak;
  • Digər elm və təhsil müəssisələri də daxil olmaqla müzakirə və müdafiə üçün təqdim olunan dissertasiyaların ekspertizasının təşkili;
  • Doktorant, dissertant və magistrantlar üçün tədqiqat mövzuları bankının təşkili;
  • Akademiyada aparılan elmi və elmi-metodiki işlərin nəticələri üzrə illik hesabat konfranslarının keçirilməsi;
  • Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətində iştirak;
  • TEC üzvləri üçün tədqiqat işlərinin aparılması üzrə metodik məsləhətləşmələrin təşkili.

Elmi-tədqiqat qrupunun əməkdaşları:

doktorantura üzrə mütəxəssis – İsmayılova Tamara Hənifə qızı,

mütəxəssis – Qafarlı Hüsniyyə Altay qızı.

Tel.: (99412) 4933644  (113, 223)

E-mail: science-asma@rambler.ru