- İDMAN -

Azərbaycan Dövlət Dəniz Akademiyasının “ Bədən tərbiyəsi və idman ”kafedrası 19 may 2004-cü ildə yaranıb (əmr №205/müx ). 1996-cı ildən 2004-cü ilə qədər Bədən tərbiyəsi və idman  fənni “Humanitar fənlər ” kafedrasının tərkibində tədris edilmişdir. Birləşmiş kafedraya Tatyana Srebnaya rəhbərlik edirdi.

1996 – cı ildən “Humanitar fənlər” kafedrasının nəzdində formalaşan Bədən tərbiyəsi və idman”  kafedrası kimi 2004 – cü ildən sərbəst fəaliyyət göstərir. Həmin ildən etibarən kafedranı “Yelkənli qayıq sürmə”  üzrə idman ustası Serebnaya Tatyana Vladimirovna kafedra müdiri vəzifəsini daşıyır.

 

 Kafedra üzrə tədrisi 4 nəfər müəllim həyata keçirir. Kafedrada üzgüçülük və dəniz işi fənlərinin tədrisi ilə yanaşı üzgüçülük, Yelkənli idman, volleybol, futbol, basketbol, güləş və sairə idman növləri üzrə də fakültətiv seksiyalar fəaliyyət göstərir. Kafedrada fakültələrarası idman yarışları hər il mütəmadi olaraq keçirilir.

 

Kafedra müdiri                             

Srebnaya Tatyana Vladimirovna

Email: srebnaya66 @ mail.ru

Kafedranın əlaqə telefonu: 

(+994 - 12) 371- 34- 32

 

 

   

 

 

Kafedrada hər il ümummilli lider H. Əliyevin anadan olması münasibəti ilə ali təhsil müəssisələri müxtəlif idman növləri üzrə tələbələrin iştirakını təşkil edir.

Bütün bunlarla yanaşı hər il Respublika bayramlarında yelkənli idman üzrə açıq dənizdə qayıqlarla idman yarışları keçirilir. Tələbələrimiz yelkənli qayıq və digər dəniz idman növləri üzrə yarışlarda yüksək nəticələr əldə edirlər .Onlar həmçinin respublika səviyyəsində və akademiya daxilində təşkil olunan  müxtəlif  idman növləri -  futbol,voleybol, güləş, şahmat    üzrə təşkil olunan yarışlarda daima fəal iştirak edir və dənizçiyə xas və zəruri olan fiziki saglamlıqlarını daima diqqətdə saxlayırlar.