- TƏLİM TƏDRİS MƏRKƏZİ (TTM) -

AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ – TƏLİM TƏDRİS MƏRKƏZİ

Dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması haqqında beynəlxalq standartların tələblərini nəzərə alaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin “31” yanvar 2014-cü il tarixli 08 saylı əmrinə əsasən İstehsalat Xidmətləri İdarəsinin tərkibində Təlim Tədris Mərkəzi yaradılmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin 11 fevral 2015-ci il tarixli 31 №-li əmrinə əsasən İstehsalat Xidmətləri İdarəsinin Təlim Tədris Mərkəzi 02.03.2015-ci il tarixindən Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibinə daxil olmuşdur.

Səlyan şosesi 23 ünvanda yerləşən Təlim Tədris Mərkəzinin 2 mərtəbəli inzibati binası müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilmişdir. Eyni zamanda Kazım Kazımzadə küçəsi 127 ünvanda yerləşən AXDG QSC-yə aid 6 mərtəbəli yeni təmirdən çıxmış binanın III və IV mərtəbələridə bir başa olaraq Təlim Tədris Mərkəzinin istifadəsinə verilmişdir.

Bu qısa zaman içində Təlim Tədris Mərkəzində fəaliyyət prosesləri təkmiləşdirilmiş, yeni peşəkar işçi komandası formalşdırılmış, tədris programları və dərs vəsaitləri standart formaya salınmış, yeni partnyorlarla görüşlər keçirılmiş və digər təkmilləşdirmə işləri aparılmışdır.

Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. 

Akkreditasiyalarimiz:

Mərkəzimiz mütəxlif beynəlxalq təşkilatlardan sertifikatlar almış və təlim keyfiyyətini yüksək səviyyədə təşkil etmişdir. 

Təlim Tədirs Mərkəzində keçirilən təlimlər bir başa olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnoloqiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Amerika Gəmiçilik Bürosu (American Bureau of Shipping-ABS) tərəfindən akreditasiya edilmişdir.

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil etmiş və “Bureau Veritas”  Beynəlxalq Sertifikatalaşdırma təşkilatı tərəfindən audit olunaraq Sertifikata layiq görülmüşdür.

Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir. Beləliklə, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır. 

Məqsədimiz:

Təlim Tədirs Mərkəzi Dənizçilərinhazırlanması, sertifikatlaşdırılması və Beynəlxalq Konvensiyanın və ona edilmiş əlavələrin tələblərinə və standartlarına uyğun nəzəri və əməli (praktik) təlimlərin təşkil edilməsini təmin etməkdən ibarətdir.

Missiyamiz:

Dənizçilərin və dənizdə işləyən heyətin peşəkarlıq səviyyəsinin artırılması, onların fəaliyyət sahəsindəki, dünya və beynəlxalq təcrübəni onlara aşılamaq və təlimləndirməkdən ibarətdir.

Təlimlərimiz:

  1. Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis
    2. Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat
    3. Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları
    4. Kapitan körpüsünün resurslarının idarə olunması
    5. Gəminin İdarə Olunması və Manevr Edilməsi
    6. Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (idarəetmə səviyyəsində)
    7. Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə (sıravi heyət üçün)
    8. Gəminin Mühafizəsi üzrə Məsul Şəxs
    9. Gəminin Mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
    10. Gəmi Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat
    11. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Məhdud rayon operatoru
    12. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru
    13. Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sisteminin Ümumi rayon operatoru üçün qısaldılmış Baza Kursu
    14. “Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış xilasetmə” (idarəetmə səviyyəsində)
    15. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (istismar səviyyəsində)
    16. “Radar,avtomatik radar müşahidə vasitələri,kapitan körpüsü komandası və axtarış xilasetmə”(idar.səv.) qısadılmış baza kursu
    17. “Yanğınla mübarizə” geniş proqram üzrə
    18. Sürətli xilasetmə qayıq mütəxəssisi
    19. Gəmidə tibbi nəzarət
    20. Gəmidə ilk tibbi yardım
    21. Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq (RO-RO)
    22. Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün hazırlıq
    23. Təhlükəli və zərərli yüklərin daşınması
    24. İzdihamla idarə olunması üzrə hazırlıq
    25. Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq
    26. Maşın şöbəsinin resurslarının idarə olunması
    27. Neft və Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya
    28. Neftdaşıyan tankerlərdə yük əməliyyatına dair geniş Proqram üzrə hazırlıq
    29. Gəmi elektrik mexaniklərinin ixtisasartırma kursu
    30. Gəmidə qazanalizatorı və onların istismarı
    31. İnert qaz sistemi
    32. Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarının aparılması üzrə hazırlıq (idarəetmə səviyyəsində)
    33. Liderlik və heyətlə iş birliyi
    34. Gəmi əmniyyətliyi üzrə məsul şəxs
    35. 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət

        36. Gəmi mexanikləri üçün ixtisasartırma

        37. Gəmi sürücüləri üçün ixtisasartırma

        38. Gəmi elektrik mexaniklərinin qısa müddətli ixtisasartırma kursu

        39. Kapitanın yanğın üzrə köməkçisinin təkmilləşdirmə kursu

        40. Kapitanın sərnişin üzrə köməkçilərinin hazırlığı

        41. "Gəmi Dizel Energetik Qurğularının istismarı" trenajor hazırlığı

        42. Gəmi elektroenergetik sistemi trenajor hazırlığı

        43. Liman vasitələrinin mühafizəsi

        44. Gəmi dayanıqlığı

        45. Dənizçilərin bilik və bacarığın yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq

        46. Trenajor təlimatçıların və qiymətləndiricilərin hazırlığı

        47. Təlimatçılar üçün hazırlıq

        48. Dinamik mövqe saxlama operatorlarının hazırlığı (baza kursu)

        49. Dinamik mövqe saxlama operatorlarının hazırlığı (simulyator kursu)

        50. Dinamik mövqe saxlama sisteminə texniki xidmət təlimi

        51. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursunu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili

        52. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (simulyator kursu) digər təlim mərkəzində bitirən dinləyicilərə imtahanın təşkili

        53. Dinamik mövqe saxlama operatorlarının hazırlığını (baza kursunu) digər təlim mərkəzində bitirən dinləyicilərə qeydiyyat kitabı (Logbook)

Bundan başqa praktiki məşqələlərin təmin edilməsi üçün Mərkəzdə aşağıda qeyd olunan avadanlıqlar yerləşir: 

  1. Qravitasiya tipli AT xilasetmə qayığı.
  2. Xilasetmə sal “Wiking”.
  3. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)” (POSEİDON və TRANSAS firmasının istehsalı olan) trenajoru.
  4. “Qlobal Dəniz Fəlakət və Əmniyyətli Rabitə Sistemi (QDFƏRS)”-nin real avadanlığı.
  5. “Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı” (POSEİDON firmasının istehsalı olan) trenajoru.
  6. “Elektron Xəritə Displeyinin və İnformasiya Sistemlərinin İstismar Qaydaları” trenajoru.
  7. “Sürətli xilasetmə qayıq mütəxəssisi” (TRANSAS firmasının istehsalı olan) hazırlığı trenajoru. 

Direktor: Emil Manafov

E-mail:     emil.manafov@acsc.az

Telefon:  (+99412) 404 39 45

Ünvanlar:

Əsas İnzibati bina: Səlyan şossesi 23

II Korpus: Kazım Kazımzadə 127

Əlaqə nömrələri:

Telefon: (+99412) 404 39 47/48

Mobil:    (+99450) 277 02 79

             (+99450) 243 91 74

E-mail: trainingcenter@acsc.az

Web: http://trainingcenter.acsc.az/

Fb: https://www.facebook.com/acsctrainingcenter/

In: https://www.linkedin.com/mynetwork/