- ÜMUMİ İŞLƏR ÜZRƏ PROREKTOR -

Quliyev Əlimərdan Məmmədrza oğlu 16 iyun 1964 -cü ildə Lənkəran rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Dəniz Akademiyasının Ümumi işlər üzrə prorektorudur.

Ə.M.Quliyev  1982-ci ildə Qara Dəniz Donanmasında matros və 1983-cü ildə Baltik Donanmasında gəmidə baş matros vəzifələrində xidmət etmişdir.

1984 - 1989-cu illərdə   S.M.Kirov adına  Qırmızı Bayraqlı Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin  “Gəmi şturmanı”  ixtisası üzrə təhsil  almışdır.

1982-ci ilin oktyabr ayından 1992-ci ilin dekabr ayına qədər Sovet İttifaqı Hərbi Dəniz Donanmalarında, 1992-ci ilin dekabrından 2016-cı ilin iyun ayına qədər Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrində xidmət etmişdir.

1993 - 1995 ci illərdə Türkiyə Respublikasının Hərbi Dəniz Akademiyasının “komandanlıq”  peşəsi üzrə təhsilini  davam etdirmişdir.

1993-2007-ci illərdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində (HDQ) “Gəmi komandiri köməkçisi” vəzifəsindən, "Divizion komandirləri" və HDQ-nin “baş şturman” vəzifəsində xidmət edilmişdir.

1998-ci ildə Türkiyə Respublikasının Gölcük Təlim mərkəzinin Gəminin idarəetmə kursu, 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin təkmilləşdirmə,

2010-cu ildə Silahlı Qüvvələr Akademiyasının "Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə" akademik kursunu bitirmişdir.

Pedaqoji fəaliyyətə 2007-ci ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin (AAHDM) “Gəmiçilik” kafedrasının rəisi vəzifəsindən başlamışdır.

2014-cü ilin sentyabr ayından noyabr ayına kimi AAHDM rəisinin Tədris və elmi işləri üzrə müavini,

2014-cü ilin noyabrından 2016-cı ilin iyun ayına kimi AAHDM-in  rəisi vəzifəsində xidmət etmişmışdır.

2016-cı ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən “dosent” elmi adı verilmışdir.

2016-cı ilin iyun ayından 30 noyabr 2017-ci ilə kimi ADDA-da Tərbiyə işləri üzrə, 2017-ci il dekabrın 1-dən bu günə qədər Ümumi işlər üzrə Prorektor vəzifəsində çalışır.

11 elmi məqalənin, 5 dərs vəsaitin, 1 metodiki göstərişin müəllifidir.

“Silahlı Qüvvələrdə qüsursuz xidmətə görə” I, II, III dərəcəli medallarla təltif olunmuşdur.

Dörd dəfə Silahlı Qüvvələrin yubiley medalları, Türkiye və Ukrayna Hərbi Dəniz Qüvvələrinin müxtəlif döş nişan və medalları ilə təltif olunmuşdur.

YAP-ın üzvüdür. Ailəlidir, iki övladı var.

Qəbul günlər: I və V gün  13:00-17:30

 Tel.: (+994 12) 537-18-62

 E-mail: alimardan.quliyev@asco.az