- ELANLAR -
7405 Arxiv
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASININ BAKALAVR PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
2022.09.02 08:11

2022/2023-ci tədris ilində bakalavr pilləsinə qəbul olunmuş abituriyentlər 02.09.2022-ci il tarixindən 12.09.2022-ci il tarixinədək Portal.edu.az -da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı aşağıdakı sənədləri portala yükləməlidirlər:

  1. Attestat;
  2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
  3. Tələbənin imtiyazını təsdiq edən sənədlər.

Portal.edu.az-da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

Portal.edu.az-da qeydiyyatdan keçmiş tələbələr 06.09.2022-ci il tarixindən 13.09.2022-ci il tarixinədək (0900÷1600) aşağıdakı sənədləri Akademiyanın əsas tədris binasına təqdim etməlidirlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
  2. Attestatın əsli və surəti;
  3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
  4. Tibbi arayış (forma 086);
  5. Narkoloji və psixoloji dispanserdən arayış;
  6. 8 ədəd 3x4 ölçülü fotoşəkil;
  7. Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
  8. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  9. Yaşayış yerindən arayış.

 

Qeyd: Akademiyada qeydiyyat zamanı tələbələrin geyim forması ölçüləri və yataqxanaya yerləşdirilmə üçün ərizələri götürüləcəkdir.

ƏN ÇOX SORUŞULAN SUALLAR (BAKALAVRİAT SƏVİYYƏSİNƏ QEYDİYYTAT) : YÜKLƏ