- ELANLAR -
4222 Arxiv
TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
2020.05.21 11:36

Nazirlər Kabinetinin 13 aprel 2020-ci il 138 saylı qərarına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2019/2020-ci tədris ilinin yaz semestrinin və 2020/2021-ci tədris ilinin payız semestrinin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu kateqoriyaya aid olan tələbələrin qeydiyyatı üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi https://e-telebe.edu.az/account/login portalını istifadəyə verib. Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri barədə və digər zəruri məlumatları əlavə etməlidirlər. Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır. 

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. 

 Nazirlər Kabinetinin qərarına əsasən təhsil haqqı dövlət hesabına ödənilən tələbələr aşağıdakılardır:

 1.1. Ünvanlı dövlət sosial yardımı alanlar;

1.2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

1.2.2. işsiz kimi qeydiyyatda olanlar;

1.2.3. yaşa görə əmək pensiyaçıları;

1.2.4. yaşa görə sosial müavinət alanlar.

Portaldan istifadə qaydaları: http://adda.edu.az/uploads/təlimat sayt.pdf