- ELANLAR -
4139 Arxiv
Yay semestrinin təşkili
2022.06.21 09:28

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir. O, aşağıdakı məqsədlərlə təşkil olunur:

  • akademik borcların ləğv edilməsi;
  • müvəffəq qiymət alınmış fənn üzrə qiymətin yüksəldilməsi;
  • ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

Yay semestri  25.07.2022-ci il tarixindən 19.08.2022-ci il tarixinədək təşkil ediləcəkdir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti  1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində (22.08.2022-ci il və 25.08.2022-ci il tarixlərində) təşkil ediləcəkdir.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunacaqdır.

Müvafiq qaydaların tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənndən (fənlərdən) yay semestrində iştirak etmək hüququna malikdir.

Yay semestrinə ərizələrin qəbulu 22.06.2022-ci il tarixindən 30.06.2022-ci il tarixinədək aparılır.

Yay semestrinin dərsləri I-V günlər 15-00-dan etibarən əsas tədris korpusunda təşkil ediləcəkdir. Suallar yarandığı təqdirdə müvafiq fakültə dekanlıqlarına müraciət edilə bilər.