- ELANLAR -
2917 Arxiv
Təkrar ali təhsilə sənəd qəbulu elan edilir
2022.05.05 10:45

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Azərbaycan Dövlət Dəniz Akademiyası

2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün  sənəd qəbulu elan edir:

  • 050605 – Dəniz naviqasiyası mühəndisliyi

 

  • 050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

 

  • 050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

 

  • 050607 – Elektrik və elektronika mühəndisliyi

 

 Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada adda.kabinet@asco.az internet portalı vasitəsilə həyata keçirilir. Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədləri elektron qaydada təqdim edir  və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu 10 may 2022-ci ildən 01 avqust 2022-ci ilədək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə (Ərizə forması)
  • Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
  • İş yerindən arayış  (işləyənlər üçün)
  • 3x4 ölçüdə 6 ədəd fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Yaşayış yerindən arayış

 

 Təhsil haqqı 3800 AZN.

Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.

Qeyd:  1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.