Bu gün 26 fevral 2025-ci il tarixində "ADDA PHŞ"-nin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Xocalı soyqırımından 33 il keçir” adı altında akademiyanın professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Xocalı soyqırımı haqqında zəngin tarixi faktlara əsaslanan məlumatlar verildi və onu əks etdirən video çarx nümayiş etdirildi.
Xocalıda soyqırıma məruz qalan vətəndaşlarımızın əziz xatirəsi daima qəlbimizdədir!