- XƏBƏRLƏR -
777 Arxiv
Tələbələr Bakı Gəmiqayırma Zavodunda təcrübədə
2025.02.21 14:49

Hər il Azərbaycan Dövlət Dəniz Aakademiyasının “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının IV tədris ilinin tələbələri üçün diplomqabağı təcrübə digər müəssisələrlə yanaşı, Bakı Gəmiqayırma Zavodunda (BGZ) da təşkil edilir.

Bu il təcrübə fevralın 17-dən mayın 23-dək nəzərdə tutulub.

Təcrübə ixtisasın təhsil proqramının tələbləri nəzərə alınmaqla, Akademiya və BGZ əməkdaşlarının birgə hazırladığı, hər iki müəssisənin rəhbərləri tərəfindən təsdiq olunmuş “Təcrübə zamanı təlim-tədrisin təşkili metodikası”na  uyğun aparılır.